Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İtalyan qadınların Can Yaman sevgisi - VİDEO

İtalyan qadınların Can Yaman sevgisi - VİDEO

Tarix: 16 Iyul 2022 11:00

Türkiyənin məşhur aktyoru Can Yaman İtaliyanın Emilia-Romanya bölgəsindəki Rimini şəhərində klubların birinin önündə fanat seli ilə qarşılaşıb.

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, aktyoru əhatəyə alan italyan qadınlar, eləcə də kişilər onunla şəkil çəkdirmək üçün can fəşanlıq göstəriblər. Can fanatlarından gələn bu istək və sevgiyə qarşılıq verərək, hər biri ilə selfi çəkdirib.

Onlar isə buna görə Yamana minnətdarlığını bildiriblər. Həmin anları Can Yaman 9,8 milyonluq "Instagram" hesabında "Grazie Rimini" - (Çox sağol Rimini) başlığı ilə paylaşıb.

Qeyd edək ki, Can Yaman Avropada, xüsusilə İtaliyada çox sevilir. Onun çəkildiyi serial və filmlər isə İtaliya dilinə tərcümə edilib. Can bir neçə İtaliya markasının, hazırda isə "Dolce&Gabbana"nın simasıdır.

Milli.Az


Etiketlər:  İtalyan qadınların Can Yaman sevgisi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ