Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Arvadından qisas almaq üçün gözəllik salonunu yandırdı - 5 qadın yaralandı

Arvadından qisas almaq üçün gözəllik salonunu yandırdı - 5 qadın yaralandı

Tarix: 16 Iyul 2022 15:54

Rusiyada Saratov vilayətində 38 yaşlı rusiyalı 5 nəfəri vəhşicəsinə qətlə yetirməyə cəhd etdiyi üçün ciddi rejimli koloniyada 12 il müddətinə azadlıqdan məhrum edilib.

Sonxeber.net bildirir ki, bu barədə cümə günü Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.

Məhkəmənin müəyyən etdiyi kimi, 22 dekabr 2021-ci ildə Atkarsk şəhərində məhkum bərbərdə işləyən keçmiş həyat yoldaşından qisas almaq qərarına gəlib. O, salona çevrilmiş ikimərtəbəli binaya gəlib və keçmiş arvadının içəridə olduğundan əmin olaraq, birinci mərtəbəyə benzin tökərək, onu yandırıb. Eyni zamanda o içəridə ona tanış olmayan daha dörd nəfəri görüb.

"Salonda yanğın baş verib. Yanğın nəticəsində qadınlar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar: yüngüldən ağır bədən xəsarətlərinə qədər", - məlumatda deyilir.

Müstəntiqlər tərəfindən Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci (Xüsusi amansızlıqla, ümumi təhlükəli üsulla iki və daha çox şəxsi öldürməyə cəhd) və 167-ci (Xüsusi ziyan vurmaqla özgənin əmlakını qəsdən məhv etmə və zədələmə və digər ağır nəticələrə səbəb olan qəsdən yanğın törətmə) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

İrfan Vəliyev


Etiketlər:  Arvadından qisas almaq üçün gözəllik salonunu yandırdı qadın yaralandı


RƏYLƏR