Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Gələn il üçün qlobal proqnozlar ürəkaçan deyil'' - Deputat

''Gələn il üçün qlobal proqnozlar ürəkaçan deyil'' -  Deputat

Tarix: 16 Iyul 2022 20:50

"Bu ilin birinci yarısında iqtisadi artım tempinin davam etməsi və xüsusən də qeyri-neft iqtisadiyyatında 9,6 faiz artıma nail olunması müsbət haldır və bu, ilin ikinci yarısı üzrə də artımın davam edəcəyindən xəbər verir. Azərbaycan iqtisadiyyatının 2022-ci ildə 5 faizdən çox böyüyəcəyi gözlənilir".

Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, iqtisadi təklükəsizlik üçün vacib olan xarici borcun tənzimlənməsi və starteji valyuta ehtiyatlarının qorunub saxlanması siyasəti də davam etdirilir:

"Azərbaycanda xarici borcun ÜDM-də payı 10.7 faizədək azalıb. Bu MDB-də ən yaxşı göstərici olmaqla yanaşı, dünya ən az xarici borc asıllığı olan 10 ölkədən biri anlamına gəlir. Eyni zamanda, 2022-ci ilin dövlət büdcəsi dürüstləşdirilən zaman Dövlət Neft Fondunun transferlərinin azaldılması fiskal gəlirlərdə enerjidən kənar sektorun payı artırmaqla yanaşı, valyuta ehtiyatlarımızın qorunub saxlanması baxımdan vacib idi. İqtisadiyyatın diversifikasiyası prioritetdir və növbəti dövrlərdə də ən əsas hədəflərdən biri olaraq qalacaq".

Deputat bildirib ki, Rusiya-Ukraya müharibəsi fonunda Azərbaycanın geo-strateji mövqeyi daha güclənməkdədir:

"Cəmi 2 gün sonra Azərbaycan ilə Avropa İttifaqı arasında Enerji Memorandumu imzalanacaq. Azərbaycan "Şahdəniz" ilə yanaşı çox yaxın gələcəkdə daha 5 yataqdan ("Abşeron", "Şəfəq", "Asiman", "Ümid-Babək" və "Azəri-Çıraq-Günəşli") qaz hasil ediləcək. Bu ölkəmizin mavi qaz ixracatını artırmaqla yanaşı, Avropanın enerji təhlükəsizliyinin formalaşmasında rolunu daha da artıracaq. Azərbaycan Avropa İttifaqı üçün yeganə yeni və mühüm alternativ enerji mənbəyinə çevrilməkdədir. Artıq "Köhnə Qitə"də Azərbaycan qazını almaq istəyən dövlətlərin sayında kəskin artımlar var. Bu ay istifadəyə verilən Yunanıstan-Bolqarıstan Daxili Şəbəkə ilə ən azı digər 4 Avropa ölkəsi Azərbaycan qazının alıcısına çevrilə bilər.
Avropa İttifaqı ilə yanaşı ABŞ-la əlaqələrin inkişafı istiqamətində önəmli addımlar atılması da xüsusi qeyd olunmalıdır. Bu əlaqələr Azərbaycanın regional mövqeyinin daha da güclənməsi baxımdan vacibdir".

V.Bayramov qeyd edib ki, ötən gün 2022-ci ilin ilk yarısının yekunlarına həsr edilən müşavirədə növbəti dövr üçün prioritetlər bəyan edilib:

"İqtisadiyyatın leqallaşdırılması ilə bağlı islahatlar davam etdiriləcək, neftdən asılılığın azaldılması ilə bağlı siyasət dərinləşdiriləcək, şəhid ailələrinə və müharibə əlillərinə dövləti dəstəyi daha da gücləndiriləcək, gələn ilin büdcəsində əsas istiqamət yenə də sosial siyasət olacaq. Həmçinin, Qarabağ və Zəngəzurda quruculuq işləri davam etdiriləcək və bu gün qlobal xarakter daşıyan ərzaq təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı işlər davam etdiriləcək. Müşavirədə də qeyd olunduğu kimi, dünya iqtisadiyyatı resessiya ilə üz-üzədir. 2022-ci ilin ikinci yarısı və xüsusən də 2023-cü il üçün qlobal proqnozlar ürəkaçan deyil. Bu kontekstdə daxili hədəflərin reallaşması daha da aktuallıq kəsb edir.


Etiketlər:  Gələn üçün qlobal proqnozlar ürəkaçan deyil Deputat


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ