Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukraynanın An-12 təyyarəsi Yunanıstanda qəzaya düşüb

Ukraynanın An-12 təyyarəsi Yunanıstanda qəzaya düşüb

Tarix: 17 Iyul 2022 09:16

Ukraynaya məxsus "Antonov An-12BK" yük təyyarəsi Yunanıstanın şimalındakı Kavala şəhəri yaxınlığında qəzaya uğrayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Greek City Times" məlumat yayıb.

"Ukraynaya məxsus An-12 təyyarəsi Serbiyanın Niş hava limanından İordaniyanın paytaxtı Əmman şəhərinə uçarkən pilotun Tasos adasının cənubunda fövqəladə vəziyyət elan etməsindən sonra Yunanıstanın şimalında qəzaya uğrayıb. Təəssüf ki, təyyarə Kavala hava limanına çata bilməyib ", - nəşrin saytındakı məlumatda deyilir.

Hadisə zamanı yük təyyarəsində 8 nəfər olub. Onların taleyi barədə məlumat yoxdur.

Milli.Az


Etiketlər:  Ukraynanın təyyarəsi Yunanıstanda qəzaya düşüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ