Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyul 2022 10:52
Tarixinin ən pis iqtisadi böhranını yaşayan Şri-Lankada 6,3 milyon insan (ümumi əhalinin 28 faizindən çoxu) ərzaq çatışmazlığından əziyyət çəkir.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramının hesabatında deyilir.
Təşkilat xəbərdarlıq edib ki, böhran davam edərsə, vəziyyət daha da pisləşəcək.
Hesabatda adı çəkilən 6,3 milyon insandan azı 65,6 min nəfəri ərzaq almaqda ciddi problemlərlə üzləşib.
Şri-Lankada son üç ayda əhalinin gəlirləri kəskin şəkildə azalıb - hər beş ailədən ikisinin gəliri iki dəfə azalıb. İyun ayında ölkədə ərzaq inflyasiyası 80 faizə çatıb.
İyulun 9-da ada dövlətində hökumət əleyhinə etiraz aksiyalarının iştirakçıları baş nazirin kabinetinə soxularaq binanı yandırıblar. Şri-Lankada iqtisadi böhran başlayandan sonra insanlar küçələrə axışıb və prezident Qotabaya Rajapaksanın iyulun 13-də istefa verəcəyi açıqlanıb. Parlamentin sədri Mahinda Yapa Abeyvardena bildirib ki, növbəti dövlət başçısı vəzifəsinə namizədlər iyulun 19-da parlamentə təqdim olunacaq. Yeni prezident iyulun 20-də seçiləcək.