Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukrayna ABŞ-dan nə vaxt “F-16” alınacağını açıqladı

Ukrayna ABŞ-dan nə vaxt “F-16” alınacağını açıqladı

Tarix: 17 Iyul 2022 13:38

Ukrayna Hərbi Hava Qüvvələri Amerika "F-16"-larını nə vaxt alacağını bildirib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Radio NV"-yə müsahibəsində Ukrayna Hərbi Hava Qüvvələri komandanlığının sözçüsü Yuri İqnat məlumat verib.

"Hökumət bütün səviyyələrində tərəfdaşlarımızla danışıqlar aparır. Bu ilk növbədə hava hücumundan müdafiədir. Pilotların hazırlanması və qırıcıların əldə edilməsinə bəlkə də daha qapalı dairələrdə qərar veriləcək",- deyə İqnat bildirib.

O, ukraynalı pilotların "F-15" və "F-16" qırıcı təyyarələrini idarə etmək üçün hazırlığı ilə bağlı qanun layihəsinin ABŞ Konqresinə təqdim edildiyini təsdiqləyib.

Milli.Az


Etiketlər:  Ukrayna ABŞ dan vaxt F 16 alınacağını açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ