Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Fransada YANĞIN KABUSU: 11 minə yaxın insan təxliyə edildi

Fransada YANĞIN KABUSU: 11 minə yaxın insan təxliyə edildi

Tarix: 17 Iyul 2022 19:52

Fransada yanğından mühafisə briqadaları Bordo bölgəsində güclü külək və istilər səbəbindən 5-ci gündür ki, genişmiqyaslı meşə yanğınını söndürə bilmir.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Euronews" məlumat yayıb.

"Fransada ən güclü yanğın əhalinin məskunlaşdığı ərazilərə yaxınlaşdığı üçün 11 minə yaxın insan təxliyə edilib", - məlumatda deyilir.

Fransanın cənubunda ümumilikdə 3000-ə yaxın yanğınsöndürən təyyarələrin iştirakı ilə yanğınla mübarizə aparır. Yardımlar çərçivəsində Yunanıstan ölkəyə yanğınsöndürmə texnikası təhvil verib. Regional fövqəladə hallar xidməti yanğınsöndürənlərin Atlantik okeanı sahilindəki Arkaçon kurortunun yaxınlığında baş vermiş ən böyük yanğınlardan birinə nəzarət edə bildiyini bildirib.

Milli.Az


Etiketlər:  Fransada YANĞIN KABUSU 11 minə yaxın insan təxliyə edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ