Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ Rusiyaya görə İrana sanksiya tətbiq edəcək

ABŞ Rusiyaya görə İrana sanksiya tətbiq edəcək

Tarix: 18 Iyul 2022 23:56

İran Rusiyaya pilotsuz uçan aparatları təhvil verərsə, ABŞ və müttəfiqləri tərəfindən sanksiyalarla üzləşəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays deyib.

"İranın pilotsuz texnologiya ilə təmin olunması ilə bağlı narahatlığımızı artıq bildirmişik. Vəziyyəti izləməyə davam edirik. Bütün sanksiyalarımız qüvvədə qalır. Bu tipli hər hansı bir əməliyyat bizim və bir çox müttəfiqlərin sanksiyaları ilə nəticələnəcək",- deyə Prays bildirib.

Bundan əvvəl ABŞ prezidenti Co Bayden administrasiyası bildirib ki, İran Rusiyaya yüzlərlə pilotsuz uçuş aparatı, o cümlədən silah daşıya bilən aparat verməyi planlaşdırır.

Milli.Az


Etiketlər:  ABŞ Rusiyaya görə İrana sanksiya tətbiq edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ