Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

4 sərbəst güləşçimiz Avropa çempionu oldu - FOTO

4 sərbəst güləşçimiz Avropa çempionu oldu - FOTO

Tarix: 19 Iyul 2022 07:26

Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə U-15 Avropa çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasından bildirilib ki, qitə birinciliyində qadın güləşçilərin ardınca sərbəst güləşçilər mübarizə aparıb.

Məhərrəm Rzayev (38 kq), Cəfər Cəfərov (41 kq), Rəvan Rəhimli (48 kq) və Səid Paşayev (85 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olublar.

Həsən Həsənov (41 kq) ikinci Hüseyn Hüseynov (52 kq), Məhəmməd Abbaszadə (62 kq) və Fərhad Süleymanlı (85 kq) üçüncü yeri tutub.

Beləliklə, sərbəst güləş üzrə millimiz 4 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb. Azərbaycan komanda hesabında 136 xalla 2-ci yeri tutub. Gürcüstan (153) birinci, Ukrayna (133) isə üçüncü pillədə qərarlaşıb. Medalların əyarına görə isə yığmamız bütün komandalardan üstün olub.

Qeyd edək ki, qazanılan medalların həm sayına, həm əyarına, həm də toplanan xallara görə bu nəticə U-15 Avropa çempionatlarında Azərbaycan sərbəst güləşi üçün rekord göstəricidir.


Etiketlər:  sərbəst güləşçimiz Avropa çempionu oldu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ