Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyul 2022 08:16
Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə start veriləcək.
İlk oyun günündə 7 qarşılaşma keçiriləcək.
Azərbaycan təmsilçisi "Qarabağ" Bakıda İsveçrə "Sürix"i ilə üz-üzə gələcək. Mahir Emrelinin çıxış etdiyi "Dinamo" (Zaqreb) komandası Xorvatiyada Şimali Makedoniyanın "Şkupi" kollektivini sınağa çəkəcək.
"Lüdoqorets" Bolqarıstanda İrlandiya "Şemrok Rovers"i ilə, "Midtüllann" isə Danimarkada Kiprin AEK (Larnaka) komandası ilə görüşəcək.
19 iyul
UEFA Çempionlar Liqası, III təsnifat mərhələsi
İlk oyunlar
20:00. "Qarabağ" (Azərbaycan) - "Sürix" (İsveçrə)
20:00. "Pünik" (Ermənistan) - "Düdelanj" (Lüksemburq)
20:00. "Jalgiris" (Litva) - "Malmö" (İsveç)
21:45. "Lüdoqorets" (Bolqarıstan) - "Şemrok Rovers" (İrlandiya)
21:45. "Midtüllann" (Danimarka) - AEK (Larnaka, Kipr)
22:45. "Linfild" (Şimali İrlandiya) - "Budyo Qlimt" (Norveç)
23:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Şkupi" (Şimali Makedoniya)