Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Böyük Britaniyanın Baş naziri seçkilərinin III turunun qalibi bəlli oldu

Böyük Britaniyanın Baş naziri seçkilərinin III turunun qalibi bəlli oldu

Tarix: 19 Iyul 2022 08:52

Böyük Britaniyanın keçmiş maliyyə naziri Rişi Sunak ölkənin Baş naziri postuna keçirilən seçkilərin üçüncü turunda ən çox səs toplayıb.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, səsvermədə ikinci yeri 82 səslə beynəlxalq ticarət nazirinin müavini Penni Mordont tutub. Böyük Britaniyanın xarici işlər naziri Liz Trass 71 səslə üçüncü olub. Dördüncü deputat Kemi Beydnok (58) olub.

Beləliklə, Britaniya Parlamentinin Xarici Əlaqələr Komitəsinin rəhbəri Tom Tuqendhat Baş nazir postu uğrunda mübarizəni tərk edib. O, fraksiyadakı həmkarlarından ən az - 31 səs toplayıb.

Seçkilərin dördüncü turunun iyulun 19-da keçirilməsi nəzərdə tutulub. Turlar iki əsas iddiaçı qalana qədər davam edəcək və hər dəfə ən az səs toplayan namizəd seçkidən kənarlaşdırılacaq.

Qeyd edək ki, Boris Conson Böyük Britaniyanın Baş naziri vəzifəsindən və Mühafizəkarlar Partiyasının lideri postundan istefa verib. Lakin o, yeni Baş nazir seçilənə qədər partiya və hökumətin rəhbəri vəzifələrini icra edəcək.


Etiketlər:  Böyük Britaniyanın Baş naziri seçkilərinin turunun qalibi bəlli oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ