Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Elvin Cəfərovun anasının iddialarına RƏSMİ CAVAB

Elvin Cəfərovun anasının iddialarına RƏSMİ CAVAB

Tarix: 19 Iyul 2022 10:50

Sabirabadda özünü yandıraraq intihar edən qazi Elvin Cəfərovun anası Ruqiyyə Cəfərova övladının niyə bu addımı ata biləcəyi ilə bağlı sualı cavablandırıb. Onun iddiasına görə, oğlu pensiyasının kəsildiyini, yerli qurumlardan kifayət qədər diqqət görmədiyini bildirib. Rəsmi qurumlar qazi anasının iddialarına aydınlıq gətiriblər, məsələ ilə bağlı növbəti dəfə açıqlama veriblər.  

Belə ki, R.Cəfərova yas mərasimi zamanı Meydan TV-yə açıqlamasında bildirib ki, artırılacağı deyilərək son iki ayda oğluna təyin olunan pensiya tamamilə kəsilib, kartı harasa göndərilib. Ananın sözlərinə görə, o, işə nazirlik tərəfindən deyil, öz təşəbbüsü ilə düzəlib: "Burda deyirlər ki, məni icra, DOST mərkəzi işə düzəldib. Mən özüm işə düzəlmişəm. Kasıblığıma görə hörmət edib, işə götürüblər".

Qazi Elvin Cəfərovun qardaşı Elnur Cəfərov isə qardaşına şəhid statusu verilməsini istəyib. "Mənim qardaşıma şəhid status verilsin, ruhu şad olsun... "

Milli.Az


Etiketlər:  Elvin Cəfərovun anasının iddialarına RƏSMİ CAVAB


RƏYLƏR