Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərdoğanla Rəisi Tehranda görüşdülər

Ərdoğanla Rəisi Tehranda görüşdülər

Tarix: 19 Iyul 2022 11:21

Türkiyə Prezidenti, İran İslam Respublikasında rəsmi səfərdə olan Rəcəb Tayyip Ərdoğan Tehranda İran Prezidenti İbrahim Rəisi ilə görüşüb.

Sonxeber.net bildirir ki, Ərdoğan və Rəisi Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 7-ci Toplantısına həmsədrlik edəcək, burada ikitərəfli əlaqələrin bütün aspektləri və ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün potensial addımlar müzakirə olunacaq.

Türkiyə Prezidentinin İranın ali dini lideri Ayətullah Əli Xamenei ilə də görüşü gözlənilir. Ərdoğan və Rəisi daha sonra yeddinci Astana görüşü üçün Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

İran və Türkiyə dövlət başçılarının Rusiya prezidenti ilə ayrıca görüşləri də gözlənilir.


Etiketlər:  Ərdoğanla Rəisi Tehranda görüşdülər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ