Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukraynalı qaçqına görə arvadını atdı

Ukraynalı qaçqına görə arvadını atdı

Tarix: 19 Iyul 2022 15:02

Britaniyalı Toni Qarnett ailəsini Ukraynadan olan qaçqın Sofiya Karkadım üçün tərk edib və tezliklə müflis olmasından danışıb.

Sonxeber.net bildirir ki, bu barədə Daily Mail məlumat yayıb.

Cütlük qızı evdə yerləşdirib, on gün birlikdə yaşadıqdan sonra ailə başçısı ukraynalı qadına hisslərini açıqlayıb.

"Daily Star" qəzetinə müsahibə verən şəxs romanından ictimai narazılığa görə işini itirdiyini bildirib. Qarnett əvvəllər uğurlu biznes sahibi olduğunu, lakin indi pab və klublarda mühafizəçilərin bölüşdürülməsi ilə məşğul olmaq məcburiyyətində qaldığını və gəlirlərinin kəskin şəkildə aşağı düşdüyünü bildirib.

Keçən həftə keçirilən məhkəmə iclasından sonra britaniyalıya keçmiş həyat yoldaşı ilə əlaqə saxlamaq qadağan edilib - kişinin göndərdiyi təhqiramiz mesajlarından şikayətə görə. Məhkəmə qərarından bir gün keçməmiş o, keçmiş arvadını ikiüzlülükdə ittiham etdiyi rep trekini lentə alıb və YouTube-da yerləşdirib.

Reperin keçmiş həyat yoldaşı mahnının yayımlanmasına reaksiya verərək, bütün eyhamları tamamilə yalan adlandırıb. Qarnett özü mahnının keçmiş həyat yoldaşına həsr olunduğunu inkar edir və iddia edir ki, mahnıda konkret ad qeyd olunmur, yəni söhbət onun keçmiş sevgililərindən hər hansı biri haqqında ola bilər.

İrfan Vəliyev


Etiketlər:  Ukraynalı qaçqına görə arvadını atdı


RƏYLƏR