Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Çempionlar Liqası: Emrelinin komandası “Şkupi” ilə doğma meydanda bacarmadı

Çempionlar Liqası: Emrelinin komandası “Şkupi” ilə doğma meydanda bacarmadı

Tarix: 20 Iyul 2022 07:20

Futbol üzrə UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə start verilib. Milli.Az matc.az-a istinadən bildirir ki, ilk oyun günündə 7 matç keçirilib.

Azərbaycan çempionu "Qarabağ" Bakıda İsveçrə "Sürix"i ilə üz-üzə gəlib. Beş qolun qeydə alındığı bu matç Ağdam klubunun qələbəsiylə başa çatıb.

Mahir Emrelinin formasını geyindiyi "Dinamo" (Zaqreb) isə Xorvatiyada Şimali Makedoniyanın "Şkupi" komandası ilə qarşılaşıb. Dörd qolluq bu görüşdə qalib müəyyənləşməyib. Azərbaycan yığmasının üzvü zədə səbəbindən bu oyunun iştirakçısı olmayıb.

UEFA Çempionlar Liqası
II təsnifat mərhələsinin ilk oyunları
19 iyul

Qarabağ (Azərbaycan) - Sürix (İsveçrə) 3:2

Pünik (Ermənistan) - Düdelanj (Lüksemburq) 0:1

Jalgiris (Litva) - Malmö (İsveç) 1:0

Ludoqorets (Bolqarıstan) - Şemrok Rovers (İrlandiya) 3:0

Midtyulland (Danimarka) - AEK (Larnaka, Kipr) 1:1

Linfild (Şimali İrlandiya) - Bodo Qlimt (Norveç) 1:0

Dinamo (Zaqreb, Xorvatiya) - Şkupi (Şimali Makedoniya) 2:2

Milli.Az


Etiketlər:  Çempionlar Liqası Emrelinin komandası Şkupi ilə doğma meydanda bacarmadı


RƏYLƏR