Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Sonalar Sonası” restoranını cərimə gözləyir

“Sonalar Sonası” restoranını cərimə gözləyir

Tarix: 20 Iyul 2022 08:38

Bakının Binəqədi rayonunda yerləşən "Sonalar Sonası" restoranı məhkəməyə verilib.

Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, restoran rəhbərliyi İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinin tələblərini pozub.

İttihama görə, restoran tərəfindən ətraf mühitə atılan zərərli maddələrin miqdarı yol verilə bilən normativlərdən artıq olub. Bu maddəyə görə vəzifəli şəxslər 2 500 manatdan 4 000 manatadək məbləğdə, hüquqi şəxslər 10 500 manatdan 12 500 manatadək məbləğdə cərimə edilir.

İşə Binəqədi Rayon Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə baxılacaq.


Etiketlər:  Sonalar Sonası restoranını cərimə gözləyir


RƏYLƏR