Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyul 2022 13:38
İran Urmiya gölünün bərpası üçün 215 milyard tümən (7 820 000 dollar) ayırıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu İran prezidentinin müavini Seyid Solət Murtəzəvi bu gün Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Urmiya gölünün bərpası üzrə qərargahın bir neçə iclası keçirilib və gölün bərpası üçün vəsait ayrılıb: "Ümid edirik ki, gölün problemi yaxın vaxtlarda öz həllini tapacaq".