Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyul 2022 23:58
Almaniyanın Ankaradakı səfiri Yurgen Şults Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə "Hürriyet" məlumat yayıb.
Bildirilib ki, səfir Türkiyənin Ştutqartdakı baş konsulunun avtomobilinin yandırılması ilə bağlı XİN-ə çağırılıb.
Türkiyə Xarici İşlər Nazirliyi günahkarların məsuliyyətə cəlb ediləcəyinə və dəymiş ziyanın diplomatik qaydalara uyğun olaraq ödənilməsinə ümid etdiyini bildirib.
Şultsla görüşdə nazirlik həmçinin Almaniyanın Türkiyə diplomatik nümayəndəliklərinə verdiyi təhlükəsizliyin yenidən dəyərləndirilməsini istəyib.