Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənistan parlamentindən də qərəzli Avropa parlamenti - Əliyevin mühakiməsi Avropa rəhbərliyini düşündürməlidir...

Ermənistan parlamentindən də qərəzli Avropa parlamenti - Əliyevin mühakiməsi Avropa rəhbərliyini düşündürməlidir...

Tarix: 21 Iyul 2022 11:27

Elşad Həsənov: "Orada ermənipərəst deputatlar çoxluq təşkil edir"

Azərbaycan Prezidenti İlham Əliyev  Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid MakAlisterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edən zaman deyib ki, Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin səfəri  bizim çox yaxşı münasibətlərimiz olduğundan xəbər verir:

"Bu, Azərbaycanla Avropa İttifaqı arasında ikitərəfli münasibətlərin əhəmiyyətini bir daha vurğulayır. Eyni zamanda, Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişel Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə fəal şəkildə cəlb olunub. O, artıq Ermənistan və Azərbaycan rəhbərlərinin və özünün iştirakı ilə üç üçtərəfli görüşə ev sahibliyi edib. Beləliklə, bu çox müsbət kontekstdir. Lakin bunu nəzərə alaraq, biz Avropa Parlamentinin hərəkətlərini başa düşə bilmirik".

Dövlət başçısı deyib ki, Avropa Parlamenti Ermənistan parlamenti ilə müqayisədə Azərbaycana qarşı daha çox aqressivdir:

"Bəzən elə gəlir ki, bu qətnamələri Ermənistan parlamenti qəbul edir və ya ola bilsin, bəzi erməni lobbi qruplarının onların üzərində müəyyən təsiri var. Əks halda, bunu başa düşmək çox çətindir. Təəccübləndiyimi deyəndə mən məhz bunu nəzərdə tuturdum".

Avropa Parlamentinin ölkəmizə qarşı bu qərəzi nədən qaynaqlanır?

Siyasi şərhçi Elşad Həsənov "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, son illər Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər daha da inkişaf edir: "Bunu bizim onlarla aramızda olan ticarət əlaqələrinin genişlənməsindən də görmək olar. Bu il mayın 17-də ölkəmizdə Avropa İttifaqı biznes forumu keçirdi. Onlar ölkəmizdəki əlverişli biznes mühitindən məmnunluqlarını ifadə ediblər. 2021-ci ildə aramızdakı ticarət dövriyyəsi 15 milyarddan çox olub. Avropa İttifaqı ölkələrinin böyük əksəriyyəti işğaldan azad edilən ərazilərimizə investisiya yatırmaqda maraqlıdır. Onlardan 14 faizi artıq bu prosesdə iştirak edir. Prezident Şarl Mişellə keçirdiyi görüşdə hər iki tərəf əməkdaşlıqdan məmnunluq ifadə edib. Üzv ölkələrlə ikitərəfli əlaqələrdə çox fəalıq var. Azərbaycan Avropa İttifaqının 9 ölkəsi ilə strateji tərəfdaşdır. Bir neçə gün əvvəl Avropa Komissiyasının prezidenti ilə enerji sahəsində mühüm razılaşma əldə edildi. Görünən budur ki, bu il Avropa rəsmiləri tez-tez bizimlə görüşür, səfərlər edirlər. Bunlar bizi çox sevindirir. Ancaq Avropa Parlamentinin fəaliyyətində biz fərqli tendensiya görürük. Orada ermənipətəst deputatlar çoxluq təşkil edir. Bunlara da dəstək verən bizim daxilimizdəki müxalif qüvvələrdi. Onların ötütdükləri "donos"lar əsasında bizə qarşı qərəz ortaya qoyurlar. Güya bizdə insan haqları pozulur və s. Cəmiyyətdə olan inkişafla yanaşı çatışmazlıqıar da mövcuddur. Biz demirik  ki, ölkəmizdə hər şey idealdır. Çatışmazlıqla mübarizə aparılır. Yaxşı olar ki, Avropa Parlamenti bir qədər obyektiv olsun".

Milli.Az


Etiketlər:  Ermənistan parlamentindən qərəzli Avropa parlamenti Əliyevin mühakiməsi Avropa rəhbərliyini düşündürməlidir


RƏYLƏR