Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həyat yoldaşından şiddət gördüyünü açıqladı - FOTO

Həyat yoldaşından şiddət gördüyünü açıqladı - FOTO

Tarix: 21 Iyul 2022 17:00

Türkiyəli aktyor-müğənni Ahmet Kutsi Karadoğanın həyat yoldaşı Sibel Ülker bir ildən çoxdur ondan psixoloji şiddət gördüyünü iddia edib.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, Sibel bununla bağlı instaqram hesabında paylaşım edib. 

"Bir ildən çoxdur ki, uşaqlarımla gördüyüm bütün psixoloji zorakılıqları və manipulyasiyaları zamanı gələndə bir-bir izah edəcəyəm. İndi deyə biləcəyim tək şey var; bəzi insanlar real həyatda daha yaxşı aktyordur və bu maskaların altında heç tanımadığınız üzlər var" deyə, o, yazıb.

Qeyd edək ki, Kutsi 7 illik sevgilisi Feyza Çıpa ilə ayrılandan sonra ötən il Sibellə ailə həyatı qurub. Kutsi "Benim adım melek" serialının çəkilişləri zamanı Sibellə tanış olub. Sibel ekran işində rol alan uşaq aktyor Poyraz Arın anası olub. İkilinin arasında 10 yaş fərq var.

Onu da qeyd edək ki, Kutsinin sonuncu dəfə rol aldığı "Annemizi saklarken" adlı serialda psixoloji problemləri olan ailə atası və həyat yoldaşı "Dundar Demir" obrazını canlandırıb.


Etiketlər:  Həyat yoldaşından şiddət gördüyünü açıqladı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ