Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyul 2022 21:32
Yüngül çəkidə döyüşən Azərbaycanın 29 yaşlı MMA döyüşçüsü Rafael Fiziyev növbəti dəfə Castin Geycini duelə çağırıb.
Bu barədə idmançı "MMA Fighting"ə müsahibəsində bildirib.
"Hamı Makqreqoru çağırır. Mən bunu başa düşmürəm və eyni şəkildə addımlamaq istəmirəm. Maykl Çendler - hamı onunla döyüşmək istəyir. Yaxşı, kimsə gedib onunla vuruşsun. Amma mən indi Geycini istəyirəm", - deyə Fiziyev bildirib.
"Bəs Geyci özü haradadır? Niyə indiyədək mənə cavab vermədiyini başa düşmürəm. Onun da mənim kimi zədəsi var. Kimin daha yaxşı olduğunu öyrənməliyik və hansımızın daha yaxşı olduğunu müəyyən etməliyik. Amma o, hələ də heç nə demir", - o əlavə edib.
Fiziyevin adaşı üzərində qələbəsi onu MMA Fighting-in yüngül çəki reytinqində 7-ci yerə yüksəldib, Geyci isə hazırda 4-cü yerdədir.
Ataman qeyd edib ki, bu, Geyci üçün yaxşı mübarizədir.
"Mənimlə döyüşmürsə, onda kim? Mənimlə döyüşməsə, kiminlə dava edə bilər? Beneil Dariuş və ya Mateuz Qamrot ilə? Bu onun üçün yaxşı uyğunlaşma deyil. Onun üçün indi ən yaxşı rəqib mənəm. O, döyüşməyi sevir, mən də döyüşməyi sevirəm. Güləşmək istəyir? Sonra Dariuş və ya Qamrotla döyüşə bilər. Düşünürəm ki, mən indi onun üçün mükəmməl rəqibəm".
Fiziyev UFC rəsmilərindən onun təklifi ilə bağlı cavab eşitmədiyini, lakin özünün və komandasının ümidli olduğunu bildirib.
Fiziyev əlavə edib ki, əgər Geyci ilə döyüşə girib qalib gələ bilsə, UFC tituluna "həqiqətən yaxın" olacağına inanır.
"Görək, burnum necə olacaq. Keçən dəfə dizimdən əməliyyat olunandan 7 ay sonra döyüşə hazır idim. Tezliklə sağalacağam. Bilirsiniz, mən küçə iti kimiyəm: hansısa zədəm olduqda tez sağalırlar. Bu dəfə də elə olacağına ümidvaram".