Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyul 2022 10:02
Ukrayna Silahlı Qüvvələrinin əks-hücumu dəqiq baş verəcək. Ukrayna ərazilərini Rusiyaya buraxmaq mümkün deyil. Əks halda bu, təxirə salınmış müharibə, Ukraynanın işğalı və məhvi olacaq - biz buna qətiyyən yol verə bilmərik.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.
Podolyak izah edib ki, əks-hücum və onun vaxtı ilə bağlı konkret məlumatı yalnız Baş Qərargah və Ali Baş Komandan verə bilər:
"Hücum və ya əks-hücumun nə vaxt və necə baş tutacağını şərh etməyə hazır deyiləm. Operativ vəziyyət var: onlar (ruslar - red.) irəliləyirlər, biz dəf edirik və dərhal əks-hücuma keçirik. Onlar Ukrayna ərazisində hər kilometr irəliləyiş üçün çox yüksək bədəl ödəyirlər. Bu, çox yaxşıdır, çünki Rusiya ordusunu tükəndirir".