Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyul 2022 10:22
ABŞ-ın Mayami Universitetinin alimləri Qırmızı dənizdə apardıqları tədqiqatlar çərçivəsində qeyri-adi kəşf ediblər.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, dənizin dibində ona daxil olan hər şeyi saniyələr ərzində öldürən nəhəng bir dəlik tapılıb.
Elm adamları bu ərazidə suda duz səviyyəsinin kifayət qədər olmadığını və bunun da hidrogen-sulfid kimi zəhərli kimyəvi maddələrin yaranmasına səbəb ola biləcəyini qeyd ediblər. Həmçinin bu kimyəvi maddələrin canlıları öldürdüyü barədə də məlumat veriblər.