Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vaşinqtondan İsrailin Bakıdakı səfirinə: "Sən nə etdin, hamı Təbriz barədə oxuyur" - FOTO

Vaşinqtondan İsrailin Bakıdakı səfirinə:

Tarix: 23 Iyul 2022 21:39

"Bax, gör sən nə etdin, Corc Dik! Hamı Təbriz barədə oxuyur"

Milli.Az bildirir ki, ABŞ-ın sabiq prezidenti CorcBuşun dönəmində Müdafiə Nazirliyinin aparat rəhbərinin müavini olmuş Maykl Doran Twitter hesabında belə tvit paylaşıb.

Xatırladaq ki, İsrailin Azərbaycandakı səfiri Corc Dik Təbrizdə Azərbaycan tarixi və mədəniyyətini öyrənməsilə ilə bağlı paylaşım etmişdi

Bu barədə səfir Twitter hesabında yazmışdı:

"Bu yaxınlarda mənə hədiyyə edilən bu möhtəşəm kitabdan Təbrizdə Azərbaycanın tarixi və mədəniyyəti haqqında çox şey öyrənirəm. Bəs siz, bu günlərdə nə oxuyursunuz?"

Səfirin bu tviti sosial şəbəkədə maraqla qarşılanıb. Ona şərh yazanlar Corc Dikin İranın Ali rəhbəri Əli Xameneinin dünənki paylaşımına eyham vurublar.

Xatırladaq ki, dünən Zəngilana böyük qayıdışın reallaşdığı bir vaxtda Azərbaycanın sevincini həzm edə bilməyən İranın Ali rəhbəri Əli Xamenei isə tviterdə belə paylaşım etmişdi:

"Biz Qarabağın Azərbaycana qaytarılmasına sevinirik. Təbii ki, bu işdə İran-Ermənistan sərhədini bağlamaq siyasəti olarsa, İslam Respublikası buna qarşı çıxacaq, çünki bu sərhəd min illik rabitə yoludur".

İranın Azərbaycandakı səfiri Abbas Musəvi İsrailin Azərbaycandakı səfiri Corc Dikin tvitinə cavab verib.

C.Dikin Azərbaycanın tarixi şəhəri Təbrizin mədəniyyəti haqqında kitab oxuduğu yerdə foto paylaşmasından narahat olan iranlı diplomat həmkarını ölümlə təhdid edib.

"Bu macəraçı oğlancığazın məlumatı üçün: Bizim əziz Təbrizimiz İranın qürurlu tarixində ilklər diyarı kimi tanınır. Görünür, ilk şər sionisti də qeyrətli Təbriz camaatı dəfn edəcək. Qırmızı xəttimizi heç vaxt keçmə, heç vaxt!", - A.Musəvi "Twitter" səhifəsində yazıb.

İranlı səfirin bu cür aqressiv tviti sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.

Milli.Az


Etiketlər:  Vaşinqtondan İsrailin Bakıdakı səfirinə Sən etdin hamı Təbriz barədə oxuyur FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ