Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərdoğan Ukrayna ilə bağlı növbəti şad xəbəri AÇIQLADI – Dünyaya MÜJDƏ

Ərdoğan Ukrayna ilə bağlı növbəti şad xəbəri AÇIQLADI – Dünyaya MÜJDƏ

Tarix: 23 Iyul 2022 23:38

Yaxın günlərdə Qara dəniz vasitəsilə Ukrayna taxılının daşınmasına başlanılacaq.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, bununla da Türkiyə qlobal ərzaq böhranının aradan qaldırılmasına mühüm töhfə verəcək.

"Dünən İstanbulda mühüm uğur əldə edildi. Ukraynanın anbarlarında saxlanılan taxılın Qara dəniz vasitəsilə ixracına dair saziş imzalanıb. İmzalanma mərasimində BMT-nin baş katibi Antoniu Quterreş də iştirak edib. Diplomatik səyləri davam etdirmək əzmindəyik.

Ukrayna və Rusiya arasında sülh təmin olunana qədər müxtəlif kanallar, o cümlədən liderlər səviyyəsində apardığımız danışıqların nəticələrindən sonra tezliklə müsbət xəbərlərə ümid edirik", - Ərdoğan bildirib.

Milli.Az


Etiketlər:  Ərdoğan Ukrayna ilə bağlı növbəti şad xəbəri AÇIQLADI Dünyaya MÜJDƏ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ