Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Real”a qalib gəlmək xoşumuza gəlir”

“Real”a qalib gəlmək xoşumuza gəlir”

Tarix: 24 Iyul 2022 14:24

"Barselona"nın baş məşqçisi Xavi "Real" üzərində yoxlama görüşündəki qələbəni (1:0) şərh edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, dünən ABŞ-da keçirilən bu qarşılaşmadan sonra jurnalistlərə komandasının oyunundan razı qaldığını deyib:

"Belə oyunlarda qələbə vacib deyil. Amma "Real"ı udmaq bizim xoşumuza gəlir. Biz birinci hissəni çox gözəl oynadıq. İkinci hissə isə elə də yaxşı alınmadı. Yeni mövsümə hazırlığımız davam edir. Biz yaxşı məşq edirik və bu gün "Barselona"nın ifasında yaxşı oyuna şahidlik etdik. Amma biz daha sabit oynamalıyıq. 

Düşünürəm ki, "Barselona" "Real"dan daha yaxşı çıxış etdi. Ona görə də mən təkcə nəticədən yox, həm də oyunumuzdan razıyam".

Milli.Az


Etiketlər:  Reala qalib gəlmək xoşumuza gəlir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ