Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 May 2019 15:52
Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda bu gün "Barselona"nın qonağı olacaq "Tottenhem" klubunun azarkeşləri matçdan öncə qalmaqal yaradıblar.
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, şəhər mərkəzindəki fəvvarələrdən birinin ətrafına toplaşan ingilis fanatlar yerli əhalini narahat ediblər. Hətta onlardan biri fəvvarənin ətrafında oturan Barselona sakinini itələyərək, suya atıb. Yanındakılar isə bunu videoya çəkərək, sosial şəbəkədə yayıblar.
Məsələ ilə bağlı şəxsi "Tvitter" hesabında açıqlama verən "Liverpul"un prezidenti Piter Mur fanatları sakit olmağa çağırıb: "Avropanı fəth etdiyimizi fəxrlə söyləyirik. Amma gəlin, bu gözəl şəhərdə özümüzü "Liverpul"a layiq aparaq. Ciddi və məsuliyyətli olaq".
Digər iddiaya görə, qaldıqları otelin işçilərinə xəsarət yetirən bir qrup ingilis azarkeşi isə həbs olunub.