Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda tülkünü döyənlər saxlanıldı

Azərbaycanda tülkünü döyənlər saxlanıldı

Tarix: 25 Iyul 2022 16:34

"Vəhşi heyvana qarşı qəddarlıq göstərərək nümayişkaranə surətdə sosial şəbəkədə video görüntüləri yayan şəxslərin tapılması məqsədilə polis əməkdaşları tərəfindən dərhal araşdırmalara başlanılıb".

Bunu APA-ya DİN Mətbuat xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib.

DİN rəsmisi qeyd edib ki, görülmüş tədbirlərlə bu əməli törədənlərin Sabirabad rayon sakini 20 yaşlı Cəsarət Bayramov və Neftçala rayon sakini 18 yaşlı Kənan Dünyamalıyev olmaları müəyyən edilib və onlar saxlanılıblar:

"Onlar hadisəni etiraf edərək peşman olduqlarını və həmin tülkünün qarpız sahələrinə ciddi ziyan vurduğunu bildiriblər. Hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsilə protokol tərtib olunub və onların bir daha belə hərəkətlərə yol verməməsi üçün ciddi xəbərdarlıq edilib".

Milli.Az


Etiketlər:  Azərbaycanda tülkünü döyənlər saxlanıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ