Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyul 2022 22:56
Taxıl daşınmasına dair sazişin imzalanması ilə tarixi uğura verdiyimiz qatqı Türkiyənin əhəmiyyətli ölkə olduğunu göstərdi.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli jurnalistlərə müsahibəsində deyib.
O qeyd edib ki, sazişin imzalanmasına dair müzakirələr çox həssas formada davam edib.
Ərdoğan Odessa limanına endirilən raket atəşlərinin təəssüf doğurduğunu, baş verə biləcək uğursuzluğun hamının əleyhinə olacağını vurğulayıb: "Onların atdıqları imzalara və üzərlərinə götürdükləri öhdəliklərə sadiq qalmaqlarını istəyirik".
Türkiyə lideri Ukraynada ədalətli və daimi sülhə də nail olunacağına ümid etdiyini deyib.