Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyul 2022 13:38
Türkiyəli müğənni İbrahim Tatlısəs konsertində oğlu Ahmet barədə danışıb.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, sənətçi pərəstişkarlarıyla söhbəti zamanı "Ağlımın yerində olmadığını deyirlər. Ay səfehlər, ağlı üstündə olmayan biri bu qədər mahnını əzbər bilər?" söyləyib.
Qeyd edək ki, bir müddət əvvəl Ahmet Tatlısəs "psixi sağlamlığından şübhələnirəm" deyərək atasını məhkəməyə vermiş və qəyyumluğunu tələb etmişdi. Bu iddiadan sonra sənətçi məhkəməyə müraciət edərək müdafiə istəmişdi. Hakim tərəflər arasında baş verənlərin maliyyə münaqişələrindən qaynaqlandığını əsas gətirərək müdafiə tələbini rədd etmişdi.