Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fatimə efirdə ağladı: ''Zərbələr alsam da, Allah mərdiməzarlardan qorudu'' - VİDEO

Fatimə efirdə ağladı: ''Zərbələr alsam da, Allah mərdiməzarlardan qorudu'' - VİDEO

Tarix: 26 Iyul 2022 16:30

"Artıq 25 ildir ki səhnədəyəm. Bu illər ərzində çox sayda zərbələr almışam. Allaha minnətdaram ki, hər zaman mənə güc verdi və ən əsası isə mərdiməzarlardan qorudu. Məni qoruyan mələyim anamdır. O dəstəyi hər zaman anamdan almışam. Biz bir yerdə düşmüşük və bir yerdə qalxmışıq (ağlayır)". 

Sonxeber.net bizim.media-ya istinadən bildriir ki, bu sözləri "Göyçək Fatimə" ləqəbi ilə şou-biznesdə məşhurlaşan rəqqasə Fatimə Fətəliyeva qonaq olduğu "Günün sədası" verilişində deyib. 

Çətin və keşməkeşli həyat yolundan söz açan rəqqasə çoxlarının onun bu yaşda və görünüşdə nənə olmasına inanmadığını bildirib. 

"Çox əziyyətlər çəkmişəm və hələ də çəkirəm. Mənə baxanlar şok olur ki, bu yaşda mən nənə statusunu daşıyam. Bu yaxınlarda qızım Aydanla İstanbula getmişdim. Mağazada nəsə alırıq, Aydan "ana" deyərək, məni çağırmağa. Satıcı gözlənilmədən Aydana yaxınlaşıb, soruşdu ki "Bu sənin anandır?" O isə cavabında söylədi ki "Bəli anamdır və artıq nənə olub". Satıcı şok keçirdi ki, heç ananıza oxşamır, qaldı ki nənə olsun". 

Qeyd edək ki, 3 il əvvəl Fatimə Fətəliyevanın qızı Aydan Əkbər adlı bəylə ailə qurub. 2020-ci ildə isə cütlüyün Zəhra adlı qızı dünyaya gəlib.


Etiketlər:  Fatimə efirdə ağladı Zərbələr alsam Allah mərdiməzarlardan qorudu VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ