Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyul 2022 18:00
Müğənni Aynur Dadaşova ilə şair Nazilə Səfərli barışıb.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu haqda Nazilə "Şourum" proqramında deyib. O bildirib ki, səhvini başa düşüb və Aynurdan üzr istəyib:
"Bir mahnı mənim pulumla yazılmışdı, başqa müğənniyə. Amma onu Aynur oxumuşdu. Aynurun günahı deyildi. Mənə demişdilər ki, oxuyub pulu vermir. Məlumat yanlış idi. Gərək qəlb qırmazdım, gözəl oxumuşdu. Çox sevirəm səsini. Mən də səhvimi başa düşdüm və üzr istədim".
Qeyd edək ki, sənətçilər arasında qalmaqal Aynur Nazilənin proqramında qonaq olan zaman yaşanmışdı. Nazilə Aynura "Həsrətimlə sevişirəm gecələr" adlı mahnımın pulunu niyə vermirsən? Söz satmıram. Aranjiman etdirib pul xərcləmişdim. Sənin mənə 1500 manat borcun var. Ruslan Səfəroğluna dedim ki, pulumu nə vaxt verəcəksiniz? Dedi ki, Aynur verəndə ödəyəcəm. Mənə lazım idi ki, mahnını bir məşhur ifaçı oxusun. O zaman indiki qədər məşhur deyildim. O adam gəlmədi, bəlkə də dinlətmədilər. Dedilər ki, mahnını 1500 manata Aynura satmışıq. Əlimlə verib, ayağımla axtarıram. Gör, mən nə gündəyəm" sözlərini söyləyib. Aynur isə pulu çoxdan ödədiyini söyləyib.