Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyul 2022 09:54
ABŞ-da təhlükəli istilərlə mübarizə aparmaq üçün qeyri-adi üsul tapıblar.
Belə ki, ölkənin bir neçə şəhərində sərinləşdirici səkilər yaradılıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, söhbət günəş işığını əks etdirən və asfaltın çox isinməsinə imkan verməyən yüngül örtüklü yollardan gedir. Oxşar üsul artıq Los-Anceles və Feniksdə sınaqdan keçirilir. Sonuncu yerdə, Ətraf Mühitin Mühafizəsi Agentliyinin (EPA) məlumatına görə, yayda havanın temperaturu 38 dərəcəyə çatır, qara asfalt isə 48-67 dərəcəyə qədər qızır.
Feniks səlahiyyətliləri bildirirlər ki, yeni örtüklü yollar asfalt sahələrə nisbətən gün ərzində bir neçə dərəcə sərin olur.