Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyul 2022 19:05
"Hamımız toylardan dolanırıq. Həm alqış, həm də pul baxımından görürsən ki, çox yaxşı çıxış etdin, amma dəyəri, qədir-qiyməti olmadı. Əsasən pul cəhətdən".
Sonxeber.net bizim.media-ya istinadən bildriir ki, bu sözləri meyxanaçı Vüqar Əbdülov qonaq olduğu "Həmin Zaur" axşam şousunda deyib.
Söz xiridarının sözlərinə görə, el şənliklərində fonoqram oxuyan müğənnilər meyxanaçılardan qat-qat çox qonorar alır.
"Çıxışa qulaq asıb alqışı tanıyan da edir, tanımıyan da. Görürsən ki, dağı-dağ üstünə qoymusan, səhərdən burdayıq, əlləşib-vuruşmuşuq amma toyda 15 dəqiqə fonoqram oxuyan daha böyük qonorar alır. Heç o bizim qədər əziyyət çəkmir. Belə şeylər adamı əsəbləşdirir, mikrofonu qoyursan yerə"- deyə, V.Əbdülov bildirib.