Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyul 2022 19:10
"Elgiz Əkbərin Pirallahıda yerləşən bağına getdim. Dedim ki, Pirallahıda torpaq istəyirəm. İstədim və dedim ki, versələr alaram, yaşayaram. İnanın haqqımda nələr yazdılar. Dedilər ki, "Kübranın gözü doymur".
Sonxeber.net bizim.media-ya istinadən bildriir ki, bu sözləri Əməkdar artist Kübra Əliyeva qonaq olduğu "Elgizlə izlə" ictimai-sosial verilişdə deyib.
Aktrisa Pirallahıda torpaq istəməsini tənqidlə qarşılayan sosial şəbəkə əhlinə sərt mesaj yollayıb.
"Jurnalist dostum səs atıb ki, "Gəl bu camaata cavab ver. Bu nədir? Sizə yaraşmaz". Heç cavab vermədim. Onların səviyyəsinə enmək lazım deyil. Bu dəqiqə heç mənim öz evim yoxdur. Evimi bağışlamışam qızıma və orada da yaşayıram. Dünyada köçəndən sonra o ev qızımındır. Heç nə istəmirəm".