Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Mən o iki ili yaşamadım'' - Zümrüd Qasımova

''Mən o iki ili yaşamadım'' - Zümrüd Qasımova

Tarix: 28 Iyul 2022 17:50

"Kaş ki, zamanından başqa cür yaşayardım: 20 yaşımdan gedərdim başqa ölkəyə, təhsil alardım, amma qayıdardım yenidən. Bu həyatdakı ən böyük xoşbəxtliyim yaşamağımdır. Həyatımın davam etdiyini və qocalmağımı görməyimdir".

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri aktrisa Zümrüd Qasımova "Səhər mərkəzi" proqramında deyib. Aparıcı Tural Əsədovun suallarını cavablandıran sənətçi sözlərinə belə davam edib:

"Gözəl filmə çəkilmək istəyirəm və gənc qızı oynamaq istəyirəm. Ən böyük arzum 70 yaşımı görməkdir, 60-da olar. Digər bir arzum isə 5 uşağım var, onların toyunu görüm. Bacımın övladlarıdır. Hazırda 40 yaşım var, amma deyirəm ki, 38 yaşındayam. Çünki pandemiyadakı 2 ili saymıram, mən onda yaşamadım". 


Etiketlər:  Mən yaşamadım Zümrüd Qasımova


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ