Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

TƏBİB rəsmisi: Maskadan istifadə edin

TƏBİB rəsmisi: Maskadan istifadə edin

Tarix: 28 Iyul 2022 19:28

"Vətəndaşlardan istəyimiz odur ki, qapalı məkanları tez-tez havalandırsınlar və kütləvi toplaşma hallarından yayınsınlar. Bu, mümkün olmadıqda isə maskadan istifadə etsinlər".

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu sözləri TƏBİB-in ictimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova deyib. O, təmsil etdiyi qurumun adından əhalini bir daha diqqətli olmağa çağırıb:

"Vətəndaşlara koronavirusa yoluxma hallarının artması fonunda ehtiyatlı olmalarını, şəxsi gigiyena qaydalarına əməl etmələrini tövsiyə edirik. Sabun, su və ya spirt tərkibli antiseptik vasitələrlə tez-tez əllərini yusunlar. Öskürərkən və ya asqırarkən ağızlarını dəsmal, salfet və ya bükülmüş dirsəklə örtsünlər, sonra həmin salfet parçasını dərhal bağlı zibil qutusuna atsınlar. Başqaları ilə aralarında ən azı 1 metr məsafə saxlasınlar. Telefon, qapı dəstəyi kimi tez-tez toxunulan səthləri müntəzəm olaraq təmizləsinlər, dezinfeksiya etsinlər".

Z.Əliyeva qeyd etdi ki, əhalinin bütün təbəqələrinə üçüncü doza peyvəndi vurmaları tövsiyə olunur:

"İkinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 6 ay sonra immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq, gücləndirici ("buster") doza ilə peyvəndlənsinlər".

Milli.Az


Etiketlər:  TƏBİB rəsmisi Maskadan istifadə edin


RƏYLƏR