Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyul 2022 19:57
"Azərbaycan, Gürcüstan və Türkiyə birlikdə mühüm layihələr həyata keçirirlər".
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İstanbulda gürcü həmkarı İlia Darçiaşvili ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
Çavuşoğlu bildirib ki, buraya Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi kimi layihələr daxildir.
"Birlikdə Bakı-Tbilisi-Qars dəmir yolundan daha səmərəli istifadə etmək istəyirik. Mərkəzi dəhlizlə əlaqədar Azərbaycan, Türkiyə və Gürcüstanın coğrafi baxımdan əhəmiyyəti getdikcə artır. Enerji təhlükəsizliyi və logistika istiqamətində birgə fəaliyyətimiz əhəmiyyətlidir".
Region ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığa dair ümumi məlumat verən nazir qeyd edib ki, məqsəd Cənubi Qafqazda davamlı sülhə nail olmaqdır.