Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Conson istefa verəcəyini təsdiqlədi

Conson istefa verəcəyini təsdiqlədi

Tarix: 29 Iyul 2022 00:00

Böyük Britaniyanın Baş naziri Boris Conson Mühafizəkarlar Partiyasının lideri olaraq qalması ilə bağlı petisiyaya baxmayaraq, istefa verəcəyini təsdiqləyib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Consonun sözlərinə görə, ölkə "böyük siyasi estafet yarışının növbəti mərhələsinə" yaxınlaşıb.

"Sizi əmin edə bilərəm ki, estafet çubuğu hiss olunmayacaq şəkildə başqasının əlinə keçəcək. Sizi əmin edə bilərəm ki, bu adam bundan sonra da eyni proqrama rəhbərlik edəcək", - deyə Baş nazir bildirib.

Qeyd edək ki, Boris Conson Böyük Britaniyanın Baş naziri vəzifəsindən və Mühafizəkarlar Partiyasının lideri postundan istefa verib. Lakin o, yeni Baş nazir seçilənə qədər partiya və hökumətin rəhbəri vəzifələrini icra edəcək. Ötən həftə Böyük Britaniyada Mühafizəkarlar Partiyasının üzvləri öz liderini seçmək üçün səsvermənin beşinci turunu keçirib. Nəticələrə görə, finala iki namizəd: xarici işlər naziri Liz Trass və keçmiş maliyyə naziri Rişi Sunak çıxıb.

Milli.Az


Etiketlər:  Conson istefa verəcəyini təsdiqlədi


RƏYLƏR