Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AMEA-da prezident seçkiləri 3 aydan sonra keçirilə bilər

AMEA-da prezident seçkiləri 3 aydan sonra keçirilə bilər

Tarix: 29 Iyul 2022 12:39

Prezidentin müvafiq Fərmanına əsasən, 3 ay müddətində AMEA-nın nizamnaməsi hazırlanmalıdır və nizamnamə hazırlandıqdan sonra buna uyğun olaraq AMEA-da prezident seçkisi keçiriləcək.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə AMEA-nın prezidenti vəzifəsini icra edən, akademik Arif Həşimov bildirib.

Akademik xatırladıb ki, Akademiya yarandığı gündən bəri prezident Ümumi Yığıncaqda seçilir.

"Bugünkü iclasda Nizamnamə komissiyasına görüləcək işlər barədə tapşırıqlar verildi. Nizamnamə hazırlananda akademiyanın tarixi ənənələri yəqin ki, olduğu kimi saxlanılacaq", - o əlavə edib.


Etiketlər:  AMEA prezident seçkiləri aydan sonra keçirilə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ