Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur cütlük 7 il sonra evləndi

Məşhur cütlük 7 il sonra evləndi

Tarix: 30 Iyul 2022 17:08

Məşhur aktrisa Ege Kökenli iki il əvvəl nişanlandığı sevgilisi Lior Ahituvla ailə həyatı qurub. 

Milli.Az lent.az-a istinadən bildirir ki, cütlük pandemiya səbəb ilə təxirə saldıqları toylarını ötən axşam Beşiktaşdakı oteldə reallaşdırıb.

Dostları bu xoş gündə məşhur aktyoru tək qoymayıblar. Toyda Öykü Karayel-Can Bonomo cütlüyü, Kerem Bürsin, İrem Helvacıoğlu və Naz Çağla Irmak kimi adlar da iştirak edib.

Kökenli "Xoşbəxtik, həyəcanlıyıq. Təəssüf ki, pandemiya səbəbindən toy təxirə salındı. İndi tam 7 ildir evli cütlük olaraq qarşınızdayıq" dedi. 

Qeyd edək ki, Ege Kokenli "Yahşi Cazibe", "Çalıkan", "Günəşin Kızları", "Yasak Alma" kimi bir çox serialda rol alıb.

Milli.Az


Etiketlər:  Məşhur cütlük sonra evləndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ