Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mixeil Saakaşvili siyasətdən gedir

Mixeil Saakaşvili siyasətdən gedir

Tarix: 30 Iyul 2022 19:42

Mixeil Saakaşvili siyasətdən gedir və özünün yaratdığı Vahid Milli Hərəkat Partiyasını (VMHP) tərk edir.

Bu barədə onun vəkili Valeri Qelbaxiani bildirib.

Vəkil Gürcüstanın keçmiş prezidentinin siyasəti tərk etməsinin səbəbini onun həyat təhlükəsizliyi ilə əlaqələndirib: "Mixeil Saakaşvilinin siyasi resursu tükənib. Onun indi əsas vəzifəsi sağlamlığının qayğısına qalmaqdır. O, nə siyasətlə maraqlanır, nə də bu mövzuda danışır. İndi söhbət siyasətdən yox, onun həyatından gedir".

Məsələyə münasibət bildirən VMHP-nin üzvü Baço Dolidze isə M.Saakaşvilinin partiyadan uzaqlaşması məsələsinin gündəmdə olmadığını bildirib. O, vəkilin açıqlamasına təəccübləndiyini qeyd edib.

Xatırladaq ki, M.Saakaşvili hazırda Tbilisidəki "Vivamed" özəl klinikasında müalicə olunur. O, xəstəxanaya mayın 12-də köçürülüb.


Etiketlər:  Mixeil Saakaşvili siyasətdən gedir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ