Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyul 2022 22:34
"Əgər Çin Tayvanı işğal edərsə, o zaman ona qarşı sanksiyalar tətbiq olunacaq ki, bu da Rusiya əleyhinə olanlardan daha sərt olacaq".
Sonxeber.net "Report"a istinadən bildirir ki, bunu İsveçrənin İqtisadiyyat üzrə Dövlət Katibliyinin rəhbəri Mari-Qabriel İneyxen-Fleyş "Neue Zuercher Zeitung" qəzetinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Çinə qarşı sanksiyaların tətbiqi Avropa İttifaqı və ABŞ-da, eləcə də İsveçrədə daha çox müzakirələrə səbəb olacaq: "Amma ümid edirəm ki, heç vaxt belə olmayacaq".