Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qidalanma haqqında əfsanələr və həqiqətlər

Qidalanma haqqında əfsanələr və həqiqətlər

Tarix: 31 Iyul 2022 08:42

1. Deyilənlərə görə axşam saat 18.00-dan sonra yemək olmaz. Amma, əslində yatmazdan 3-4 saat əvvələ kimi qida qəbul etmək olar.
2. Deyilənə görə qara çörək orqanizm üçün faydalıdır. Amma onun orqanizmə faydası ağ çörəkdəki qədərdir.  
3. Deyilənə görə istənilən qədər təzə çəkilmiş şirə qəbul eləmək orqanizm üçün çox faydalıdır. Amma əslində gün ərzində 3 stəkandan artıq təzə çəkilmiş şirə qəbul eləmək olmaz.
4. Deyirlər ki, şokolad yemək fiquranı korlayır və insanı kökəldir. Amma şokolad orqanizm üçün çox faydalıdır və insanı kökəltmir.
5. Deyilənə görə az yemək insanı arıqladır. Amma bu belə deyil, arıqlamaq üçün gün ərzində 5-6 dəfə yemək lazımdır.  
6. Gün ərzində 2 litrdən çox su içməyin insanı arıqlatdığı deyilir. Amma bu yalandır, orqanizmin suya ehtiyacı nə qədərdirsə, o qədər də su qəbul eləməlidir.
7. Deyirlər ki, arıqlamaq üçün yağdan imtina etmək lazımdır. Amma, yağdan tamamilə imtina eləmək orqanizm üçün çox zərərlidir.
8. Zeytun yağının az kalorili olduğu düşünülür, amma bu belə deyil. Zeytun yağının tərkibində olan kalori digər yağların tərkibindəki qədərdir. Zeytun yağı orqanizmə digər yağlardan daha faydalıdır.
9. Deyirlər ki, karbohidratlar orqanizm üçün çox zərərlidir, amma zərərli olan sadə karbohidratlardır. Mürəkkəb karbohidratlar orqanizm üçün çox faydalıdır.
10. Deyirlər ki, qəhvəyi qənd orqanizm üçün faydalıdır. Amma əslində bu belə deyil, qəhvəyi qənd ağ qənd qədər orqanizm üçün təhlükəlidir.
11. Ən yaxşı desertin meyvə olduğu söylənilir, amma, meyvəni yeməklər arasında olan məsafə zamanı yemək lazımdır.
12. Deyilənə görə səhərlər nə istəsəniz onu yeyə bilərsiniz. Amma bu belə deyil, ən yaxşı səhər yeməyi zülal, yağ, karbohidrat və lifli qidalardan ibarət olmalıdır.
13. Deyirlər ki, kalorilərdən idman zalında xilas olmaq olur, amma, insan yatanda da, işləyəndə də kalori verə bilir.
14. Deyirlər ki, meyvələr tərəvəzlər qədər orqanizm üçün faydalıdır, amma, bu belə deyil. Tərəvəzlərin orqanizm üçün faydası daha çoxdur. Gün ərzində 4 hissə tərəvəz, 1 hissə meyvə yemək lazımdır.


Etiketlər:  Qidalanma haqqında əfsanələr həqiqətlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ