Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Öncə qaz, sonra anomal istilər: Avropa iqtisadiyyatı ÇÖKƏ BİLƏR

Öncə qaz, sonra anomal istilər: Avropa iqtisadiyyatı ÇÖKƏ BİLƏR

Tarix: 31 Iyul 2022 21:32

Qazın orta hesablaşma qiyməti Avropa birjasında təxminən 50% artaraq 1805 dollar təşkil edib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Londonda yerləşən ICE birjasının yaydığı məlumatda bildirilir.

Qeyd edilib ki, iyunda bu rəqəmlər xeyli aşağı - qazın qiyməti 1180 dollar olub. Xammalın qiymətinin belə yüksəlməsi Rusiyadan yanacağın tədarükünün azalması, eləcə də neft-qaz sənayesi işçilərinin tətilləri nəticəsində Norveçdə hasilatın azalması ilə əlaqələndirilir.

Bundan əlavə, qiymət artımına Avropa regionunda yaranmış anomal istilər səbəb olub - kondisionerlərin işləməsi elektrik enerjisi istehlakını artırıb.

Bu ay ərzində qiymətlər bir qədər azalsa da, yenə də yüksək səviyyəyə qayıdıb və hətta rekord qırıb: iyulun 27-də Avropa ölkələrində qazın qiyməti min kubmetr üçün 2,3 min dollar həddini keçib.

Anti-Rusiya sanksiyaları Avropaya Rusiyadan qat-qat çox ziyan vurur və regionun iqtisadiyyatı böyük maliyyə böhranı nəticəsində çökə bilər. Bir çox Avropa ölkələrində elektrik enerjisi qiymətləri tarixi maksimumunu təzələyib. Xarici mediaya görə növbəti ayda rekord rəqəmlər daha da artacaq

Milli.Az


Etiketlər:  Öncə qaz sonra anomal istilər Avropa iqtisadiyyatı ÇÖKƏ BİLƏR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ