Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Iyul 2022 21:42
Rusiya prezidentinin keçmiş xüsusi nümayəndəsi və "Rosnano"nun keçmiş baş direktoru Anatoli Çubays Avropa xəstəxanalarının birində reanimasiyaya yerləşdirilib.
Bu barədə teleaparıcı Kseniya Sobçak məlumat verib.
Onun sözlərinə görə, Çubaysın vəziyyəti qeyri-stabildir.
Keçmiş məmur qəfildən özünü pis hiss edib, qolları və ayaqları keyiməyə başlayıb.
Ona Qiyena-Barre sindromu diaqnozu qoyulub.
Qeyd edək ki, Rusiya Ukraynaya qarşı müharibəyə başladıqdan az sonra Çubays prezidentin xüsusi nümayəndəsi vəzifəsindən istefa verərək ölkəni tərk edib. Rusiyanın hakim dairələrində bu, hakimiyyətə xəyanət kimi qiymətləndirilib.