Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xaricdə yaşayan bəzi ermənilər İrəvana buraxılmır

Xaricdə yaşayan bəzi ermənilər İrəvana buraxılmır

Tarix: 1 Avqust 2022 08:22

"Daşnaksütyun" Partiyasının Niderlanddakı gənclər təşkilatının erməni əsilli fəalı Suen Abramyanın Ermənistana girişinə qadağa qoyulub.

Sonxeber.net bildirir ki, bu barədə "report" Ermənistan mətbuatına istinadən xəbər verir.

Suen qeyd edib ki, heç bir izahat verilmədən hava limanında 12 saat saxlanılıb. Bundan sonra ona arzuolunmaz şəxs olduğu deyilib və Niderlanda qayıtmalı olduğu bildirilib.

"Dünən gecə "Daşnaksütyun"un Gənclər Ofisinin Sünikdə təşkil etdiyi könüllü düşərgələrində iştirak etmək üçün Ermənistanın "Zvartnots" hava limanına gəldim. Məni 12 saat saxladıqdan sonra heç bir izahat verilmədən vətənimə daxil ola bilməyəcəyimi, arzuolunmaz insan olduğumu və Niderlanda qayıtmalı olduğumu söylədilər", - Suen qeyd edib.

Eyni zamanda Fransanın Erməni Təşkilatları Koordinasiya Şurasının (CCAF) həmsədri Murad Papazyan da Ermənistana buraxılmayıb.


Etiketlər:  Xaricdə yaşayan bəzi ermənilər İrəvana buraxılmır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ