Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Avqust 2022 17:00
Avqustun 1-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən verilən məlumata görə, iclas çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Özbəkistan Respublikasının Prezidenti yanında sahibkarlıq subyektlərinin hüquq və qanuni mənafelərinin müdafiəsi üzrə Müvəkkil arasında əməkdaşlığa dair Memorandum imzalanıb.
Sənəd iki ölkə arasında sahibkarların hüquqlarının və qanuni mənafelərinin müdafiəsi sahəsində əməkdaşlığı, birgə və əlaqələndirilmiş tədbirləri nəzərdə tutur.