Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Popkornun içindən ilan çıxdı

Popkornun içindən  ilan çıxdı

Tarix: 1 Avqust 2022 18:08

Virciniya sakini Kimberli Sloter popkorn paketində diri ilan tapıb.

Milli.Az bildirir ki, bu barədə Fox News xəbər verir.

Hadisə amerikalının supermarketlərdən birində yemək alarkən baş verib. Qadın rəfdən bir qutu popkorn götürüb və orada kiçik bir dəlik görüb. Deşikdən ilan çıxıb və sürünərək yox olub.

Amerikalının dediyinə görə, o, xəsarət almayıb, amma çox qorxub. Sloter əlavə edib ki, o, paketdəki dəliyə fikir vermədən ilanı evə kiçik bir uşağa gətirə bilərdi.

Mağaza müdiri ilanın müəssisəyə necə düşdüyünü bilmədiyini deyib və heyvanın məhsulların yanında olmasının səbəblərini araşdırıb müəyyən edəcəyini də söz verib.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Popkornun içindən ilan çıxdı


RƏYLƏR