Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Avqust 2022 07:36
ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bildirib ki, ABŞ Ukraynaya 550 milyon dollarlıq yeni təhlükəsizlik yardımı paketi təqdim etməyə hazırlaşır.
"Bu gün ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan, dövlət katibi Entoni Blinken, ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milley ukraynalı həmkarları ilə Ukraynaya davamlı dəstək (...) haqqında danışıb və onlara 550 milyon dollarlıq yeni təhlükəsizlik yardımı barədə məlumat veriblər" - deyə C.Kirbi Ağ Evdəki brifinqdə bildirib.
Dövlət Departamenti öz növbəsində Kiyevə Müdafiə Nazirliyinin büdcəsindən 550 milyon dollar dəyərində hərbi texnika və silah ayrıldığını təsdiqləyib.